İranda güclü tufan baş verib

Güçlü külək İranın Mehran şəhərinə  ağır ziyan vurub

1073298
İranda güclü tufan baş verib

İranın İylam əyalətinin Mehran şəhərini təsiri   altına   alan   güclü  külək  nəticəsində   bir  nəfər  həyatını  itirib.

İran rəsmi agentliyi IRNA-nın Təcili Tibb Mərkəzinin Başçısı  Əli Muradiyə  istinad etdiyi  xəbərə  görə  təbii  fəlakət  nəticəsində  15  nəfər də yaralanıb.

Muradi  bildirib  ki,  tufan  səbəbiylə  bütün məktəblərdə  tədrisat  dayandırılıb.  Bölgəni  təsiri   altına  alan  güclü  yağış və tufan nəticəsində   daşqınlar  da  baş verib.  Bu  da Ərbəin mərasimlərinə qatılmaq üçün İraqın Kərbəla şəhərinə getmək istəyən İranlı  zəvvarların  səfərlərini  ləngidib.  

Qeyd  edək  ki,  ölkənin qərbində İraq sərhədindəki  Mehran şəhəri, hər il Ərbəin mərasimlərinə qatılmaq üçün İraqın Kərbəla şəhərinə getmək istəyən yüz minlərlə İranlı  zəvvarın  keçişinə səhnə olur.



Әlaqәli Xәbәrlәr