Trampın İrana qarşı siyasi blef etdiyi iddia olundu

İran Milli Neft Şirkətinin Baş Direktoru Əli Kardor Tehranın neft ixracını sıfıra endirəcəyini bildirən Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın siyasi blef etdiyini söylədi.

1070560

 İranın "Tesnim" agentliyinə müsahibə verən Kardor ABŞ-ın noyabrın 5-də başlayacaq İran neftini hədəfləyən ikinci mərhələ sanksiyalarından danışdı.
 
 Trampın İranın neft ixracını azaltmaq səylərinə aylar əvvəl başladığını deyən Kardor: "ABŞ prezidenti bu məsələdə edəcəyi hər şeyi etdi və İranın neft ixracını sıfıra endirmə açıqlamalarının siyasi blef olduğunu yaxşı bilir"dedi.
 
 Kardor noyabrın 5-dəki sanksiyalarda İrana qarşı tətbiq olunacaq xüsusi bir vəziyyət olmadığını ifadə etdi.
 
 Qeyd edək ki, ABŞ prezidenti Tramp mayın 8-də Tehran rəhbərliyi ilə 2015-ci ildə bağlanan nüvə  müqaviləsindən çəkildikdən sonra İranın neft ixracını sıfıra endirməyi qarşısına məqsəd qoyduğunu açıqlamışdı.
 
 ABŞ-ın müqavilədən çəkildiyi tarixdən bu yana İranın neft ixracında təxminən gündəlik 800 min barrel azalma baş versə də, Tehran rəhbərliyi Çin və Hindistan başda olmaqla, digər ölkələrə neft ixracını davam etdirir.
 
 ABŞ-ın İran Milli Neft Şirkəti, İran Neft Ticarət Şirkəti və Milli Tanker Şirkətinə qarşı sanksiyalarının noyabrın 5-də başlaması nəzərdə tutulur.

Әlaqәli Xәbәrlәr