İraq XİN rәhbәri suriyalı hәmkarı ilә görüşüb

Tәrәflәr görüşdә iki ölkә arasındakı sәrhәd-keçid mәntәqәlәrinin açılması mövzusunu müzakirә ediblәr.

1068513
İraq XİN rәhbәri suriyalı hәmkarı ilә görüşüb

İraq Xarici İşlәr naziri İbrahim әl-Cafәri suriyalı hәmkarı Vәlid әl-Muallim ilә görüşüb. Tәrәflәr görüşdә iki ölkә arasındakı sәrhәd-keçid mәntәqәlәrinin açılması mövzusunu müzakirә ediblәr.

Suriya Xarici İşlәr Nazirliyindәn verilәn yazılı mәlumata görә, görüş Dәmәşqdә baş tutub. Görüşdә sәrhәd-keçid mәntәqәlәrinin әn qısa zamanda açılmasının vacibliyi vurğulanıb.

Nazirlәr bildiriblәr ki, sәrhәd-keçid mәntәqәlәrinin açılması iki ölkәnin  mövcud problemlәrә qarşı müqavimәtini  artıracaq.

Açıqlamada  illәrdir bağlı olan sәrhәd-keçid mәntәqәlәrinin açılması üçün nә zaman addım atılacağı ilә bağlı mәlumat verilmәyib.

Qeyd edәk ki, İbrahim әl-Cafәri  iki gün davam edәcәk  sәfәri çәrçivәsindә  ilk olaraq  Dәmәşqә gedib.



Әlaqәli Xәbәrlәr