İdlibdәn ağır texnikanın çıxarılması prosesi tamamlanıb

Türkiyәnin  Milli Müdafiə Nazirliyi  Soçidə  әldә olunan razılaşma çәrçivәsindә İdlibde yaradılan tәhlükәsizlik bölgәsindәn  ağır silahların çıxarılması prosesinin  bu gün başa çatdığını açıqlayıb.

1066382

Nazirliyin rәsmi internet sәhifәsindәn verilәn mәlumatda İdlibdә yaradılan  tәhlükәsiz bölgәnin  sabitliyinin tәmin edilmәsi üçün sentyabrın 17-dә Türkiyә vә Rusiya arasında razılaşmanın әldә olunduğu vurğulanıb.

Soçi şәhәrindә әldә olunan razılaşma çәrçivәsindә coğrafi mövqe vә yaşayış mәntәqәlәrinin xüsusiyyәtlәrinә dә diqqәt yetirilәrәk İdlibdә 15-20 kilometrlik tәhlükәsiz bölgәnin yaradıldığı bildirilib.

‘‘Türkiyә razılaşma çәrçivәsindәki öhdәliklәrini yerinә yetirib. Bu çәrçivәdә İdlibdә qarşıdurma risklәrinin qarşısının alınması mәqsәdi ilә ağır silahların bölgәdәn çıxarılması prosesi 2018-ci ilin 10 oktyabr tarixindә başa çatdırılıb.  İdlibde davamlı və uzunmüddətli sülhün tәmin olunması üçün fәaliyyәtlәrimizi davam etdiririk’’,-deyә Milli Müdafiә Nazirliyindәn verilәn  mәlumatda vurğulanıb.

Әlaqәli Xәbәrlәr