"İran sərhəd məntəqələri yenidən təşkil olunmalıdır", Ə.H.Beyqi

İran Milli Məclisi Təhlükəsizlik Komissiyasının üzvü Əbülfəz Həsən Beyqi sərhəd məntəqələrindəki təchizat çatışmazlıqlarının terrorçuların ölkəyə sızmasına zəmin hazırladığını deyib.

1059211
"İran sərhəd məntəqələri yenidən təşkil olunmalıdır", Ə.H.Beyqi

  İran Milli Məclisi Təhlükəsizlik Komissiyasının üzvü Əbülfəz Həsən Beyqi sərhəd məntəqələrindəki təchizat çatışmazlıqlarının terrorçuların ölkəyə sızmasına zəmin hazırladığını söyləyib.

  İran Məclisi İnformasiya Agentliyi İCANA-ya müsahibə verən Ə.H.Beyqi deyib: “Sərhəd nöqtələrində təhlükəsizlik boşluğu, təchizat çatışmazlığı var. Bu da terrorçuların kor təhlükəsizlik məntəqələrindən keçib ölkəyə daxil olmasına və zərbə vurmasına səbəb ola bilər… İranın cənubunda dəniz yolu və şərqində - Əfqanıstan və Pakistan sərhədlərində təhlükəsizlik təzhizatını gücləndirməli, eyni zamanda, personal sayını artırmalıyıq. Ümumiyyətlə, sərhəd məntəqələrində yollar yenidən təşkil olunmalıdır".



Әlaqәli Xәbәrlәr