Fransalı aktivist Xan əl-Əhmər üçün aclıq aksiyasına başladı

İsrailin Xan əl-Əhmərdə fələstinlilərə aid evlərin sökülməsi qərarına qarşı etiraz yürüşündə iştirak etdiyi üçün nəzarətə götürülən aktivist Frank Romano aclıq aksiyasına başladı.

1049938
Fransalı aktivist Xan əl-Əhmər üçün aclıq aksiyasına başladı

İsrailin Xan əl-Əhmərdə fələstinlilərə aid evlərin sökülməsi qərarına qarşı etiraz yürüşündə iştirak etdiyi üçün nəzarətə götürülən aktivist Frank Romano aclıq aksiyasına başladı.
 
Fələstinli və İsrailli könüllülərin yaratdığı "Combatants for Peace - Sülh Uğrunda Mübarizlər" adlı qeyri-hökumət təşkilatının üzvü Nahoum Oltchik Romanonun İsrail qüvvələri tərəfindən Qərbi Qüdsdəki bir polis nəzarət mərkəzində saxlanıldığını söylədi.
 

Oltchik Romanonun nəzarətdə saxlanıldığı mərkəzdə İsrailin Xan əl-Əhmərdəki  evlərin sökülməsi ilə bağlı qərarını ləğv etməsi və bölgə xalqına evlərini bərpa etməyə icazə verməsi tələbilə aclıq aksiyasına başladığını bildirdi.
 
Frank Romanonun, eyni zamanda,  hüquq professoru olduğunu qeyd edən Oltchik Romanonun tələbinin yerinə yetirilməsinə qədər aclıq aksiyasına davam etməkdə qərarlı olduğunu söylədiyini bildirdi.
 
 Nahoum Oltchik "Yaxın Şərqdə Eşq və Terror" adlı kitabın müəllifi,  ABŞ-Fransa ikili vətəndaşlığı olan Romanonun Xan əl-Əhmər xalqına dəstək olmaq məqsədilə Fələstinə gəldiyini bildirdi.
 
 Qeyd edək ki, ötən gün Xan əl-Əhmərdəki fələstinllilərə məxsus evlərin sökülməsinə dair qərara etiraz etmək üçün təşkil olunan yürüşə qatılan Frank Romano və 3 fələstinli İsrail qüvvələri tərəfindən həbs ediliblər.



Әlaqәli Xәbәrlәr