İranın eks prezidentindən ölkənin dini rəhbərinə açıq məktub

Sosial media hesabından Əhmədi Necat Xamaneyə xitabən yazdığı açıq məktubda yazıb...

1047692
İranın eks prezidentindən ölkənin dini rəhbərinə açıq məktub

  İranın eks prezidenti Mahmud Əhmədi Necat ölkənin dini rəhbəri Ayətullah Əli Xamaneyə korrupsiya ilə bağlı həbsxanaya salınan müavini Həmid Bakayiyə "fiziki şərtlərə uyğun olmayan" münasibətlə bağlı məktub yazaraq araşdırma tələb edib.

  Sosial media hesabından Əhmədi Necat Xamaneyə xitabən yazdığı açıq məktubda yazıb:

  “Həmid Bakayinin zindanındakı vəziyyəti ağırdır. İranın dini rəhbəri kimi məsələyə müdaxilə edən tərəf olmağınızı və Bakayinin fiziki vəziyyətinin araşdırılmasını xahiş edirəm”.

  Xatırladaq ki, İranın keçmiş prezident Əhmədi Necatın müavini Həmid Bakayi korrupsiya maddəsilə ilə mühakimə olunaraq mart ayında 15 il həbs və 80 qırmanc cəzasına mahkum edilmişdi. Əhmədi Necat isə buna etiraz bildirmiş və "əsl korrupsiya edənlər məhkəmə səlahiyyətliləridir” demişdi. Digər tərəfdən, yeni qərara görə, məmura qarşı gəldiyi üçün H.Bakayinin həbsi 6 ay uzadılıb.



Әlaqәli Xәbәrlәr