Suriyanın İdlib şəhərindəki dinc vətəndaşların Türkiyəyə çağırışı

Suriyanın İdlib şəhərindəki dinc vətəndaşlar Türkiyəyə təhlükəsizliklərinin təmin edilməsi və köç dalğalarının qarşısının alınması üçün “mühafizə bölgə” üçün çağırış etdi.

1043718
Suriyanın İdlib şəhərindəki dinc vətəndaşların Türkiyəyə çağırışı

Suriyanın İdlib şəhərindəki dinc vətəndaşlar Türkiyəyə təhlükəsizliklərinin təmin edilməsi və köç dalğalarının qarşısının alınması üçün “mühafizə bölgə” üçün çağırış etdi.

İdlibdə əhali Əsəd rejimi və ona dəstək olanların bölgəyə mümkün ola biləcək əməliyyatı qarşısında narahatdır.

Bölgə xalqı Türkiyənin şəhərə sülh, dinclik və təhlükəsiz şəraiti gətirəcəğinə inandıqda, lazımlı addımların atılmasını gözləyir.

"Anadolu" xəbər agentliyinə açıqlama verən idlibli Ammar Siteyf rejim bölgəni bombalayacağı təqdirdə İdlibə sığınanların Türkiyəyə köç edəcəyini deyib.

Siteyf “Bu həssas prosesdə rusların Cisir əş Şuğurda keçirdiyi hava əməliyyatlarını hər kəs gördü. Bölgənin nəzarətinin Türkiyəyə keçməsini istəyirik.  Türkiyənin həmin bölgədə hərbi söz haqqına sahib olmasını və mühafizə bölgəsini yaratmasını istəyirik” deyə bildirib.

Dəməşqdən rejim və ona dəstək olanların hücumlarından qaçaraq İdlibə sığınan Halid Meri də rejimin şəhərə qarşı əməliyyatının insani fəlakətə səbəb olacağını bildirib: “İdlibin qarşı-qarşıya qalacağı mümkün ola biləcək bir əməliyyatda insani böhranın aradan qaldırılması üçün qonşu ölkə Türkiyədən lacım olan tədbirləri görməsini diləyirik”.

Homsdakı Əsəd rejiminin hücumlarından qaçaraq İdlibə sığınan Dırvan Humsi də rejimin vəya Rusiyanın İdlibə istiqamətli həyata keçirəcəyi bir əməliyyatda Avropa ölkələrinə qədər bir köç dalğası yaşana biləcəyini irəli sürüb.

Humsi “Türkiyəyə güvənirik. Onlar bizim ümid yerimizdir.. İnqilab başladığı gündən Türkiyənin şərəfli bir mövqeyi var” deyə bildirib.



Әlaqәli Xәbәrlәr