İraqda yeni hökumət formalaşdırılır

İraqda seçkilərin qalibi Muqtəda Sədr, baş nazir Heydər İbadi, şiə liderlərdən İshaq İbn Həkim, keçmiş baş nazir İyad Allavi və vitse- prezident Usamə Nuceyfi hökuməti formalaşdırma işləri çərçivəsində ən böyük məclis koalisiyanı yaradıblar.

1041976
İraqda yeni hökumət formalaşdırılır

Böyük koalisi, 12 mayda keçirilən parlament seçkilərindən sonra məclisin ilk sessiyası üçün 16 partiyadan olan 177 millət vəkilinin iştirakından təşkil tapıb.

Koalisiyada şiə və sünni ərəblərlə yanaşı, türkmənlər, yezidi və xristian azlıqlar kimi dini və etnik qruplar yer alır.

Qeyd edək ki, 329 yerlik İraq Məclisində bu gün ilk iclasın keçirilməsi, Məclis sədri və müavinlərinin seçilməsi gözlənilir.

 



Әlaqәli Xәbәrlәr