ABŞ-dan Fələstinə konfederasiya təklifi

ABŞ rəsmiləri tərəfindən Fələstinin dövlət başçısı Mahmud Abbasa təqdim olunan İordaniya ilə konfederasiya yaradılması təklifi müzakirə edilir.

1041758
ABŞ-dan Fələstinə konfederasiya təklifi

ABŞ rəsmiləri tərəfindən Fələstinin dövlət başçısı Mahmud Abbasa təqdim olunan İordaniya ilə konfederasiya qurulması təklifi müzakirə edilir.
 
Fələstin Dövlət Aparatı İordaniya ilə konfederasiya məsələsi ilə bağlı  iki xalqın qərar verəcəyini bildirib.

 Xəbəri  Fələstin xəbər agentliyi WAFA yaydı.
 
 Fələstin Dövlət Aparatının sözçüsü Nəbil Əbu Rudeynə məsələ ilə bağlı verdiyi  açıqlamada İordaniya ilə konfederasiya ideyasının 1984-cü ildən bu yana Fələstin rəhbərliyinin gündəmində olduğunu və Ramallahın o gündən etibarən İordaniya ilə mövcud olan xüsusi münasibətinin əsasını iki dövlətli həllin təşkil etdiyini vurğuladığını qeyd etdi.
 
 İsrailin “Haaretz” qəzetində dərc olunan xəbərə görə, Fələstinin dövlət başçısı Mahmud Abbas Ramallahda "Peace Now" adlı qeyri-hökumət təşkilatı ilə görüşündə ABŞ prezidenti Donald Trumpın kürəkəni və müşaviri Jared Kushner və beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Jason Greenblattın ona İordaniya ilə konfederasiya qurmağı təklif etdiklərini söyləyib.
 
Xəbərdə Abbasın İsrailin də konfederasiyanın bir hissəsi olması şərti ilə təklifi qəbul edəcəyini ifadə etdiyi bildirilir.
 
  Digər tərəfdən, İordaniya Hökumətinin sözçüsü Cumanə Quneymat məsələ ilə bağlı yerli mətbuata verdiyi açıqlamada İordaniyanın  İordan çayının qərb sahilinə bağlanmasının müzakirə mövzusu ola bilməyəcəyini və bunun imkansız olduğunu söyləyib.
 
Quneymat ölkəsinin İsrail və Fələstin münaqişəsinə dair iki dövlətli həll ilə bağlı mövqeyinin  dəyişməz və dəqiq olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr