İrandan Türkiyəyə əməkdaşlıq çağırışı

İran prezidenti Həsən Ruhani Türkiyə ilə İranın qonşu və dost ölkələr olaraq müdafiə sənayesi sahəsində əməkdaşlıq edə biləcəyini söylədi.

1035831
İrandan Türkiyəyə əməkdaşlıq çağırışı

İran prezidenti Həsən Ruhani paytaxt Tehranda keçirilən "Kövsər" qırıcısının təqdimat toplantısındakı çıxışında Amerika Birləşmiş Ştatlarının sanksiyaları və İranın qonşu ölkələrlə münasibətlərindən danışdı.
 
 Müdafiə sənayesində maya dəyəri aşağı və təsir gücü yüksək olan silahlar istehsal etmək istədiklərini bildirən Ruhani İranın bu sahədə getdikcə gücləndiyini qeyd etdi.
 
 Qonşu və dost ölkələr Türkiyə və Pakistan ilə müdafiə sahəsində əməkdaşlıq edə biləcəklərinin vurğulayan İran prezidenti bu ölkələrin birlikdə fəaliyyət göstərəcəyi halda döyüş təyyarəsi istehsal edə biləcəklərini və daha çox işlər görə biləcəklərini söylədi.
 
ABŞ-ın Türkiyəyə yönəltdiyi sanksiyalarını tənqid edən Ruhani İranın qonşu ölkələrlə daha çox əməkdaşlıq etmək niyyətində olduğunu vurğuladı.
 



Әlaqәli Xәbәrlәr