Azad Suriya Ordusuna daha 1200 əsgər qoşuldu

Suriyada Türkiyənin dəstəyilə nizamlı ordu qurulması prosesindəki Azad Suriya Ordusuna (ASO) 1200 yeni əsgər qoşuldu.

1027471
Azad Suriya Ordusuna daha 1200 əsgər qoşuldu

Suriyada Türkiyənin dəstəyilə nizamlı ordu qurulması prosesindəki Azad Suriya Ordusuna (ASO) 1200 yeni əsgər qoşuldu.

Əl bab qəsəbəsində keçirilən mərasimdə orduya qatılan yeni əsgərlər bacarıqları ilə diqqət mərkəzində oldular.

Yeni ASO əsgərləri 4 aylıq təlimləri müddətində davamlılıq testlərindən keçdilər, silahdan istifadəni öyrəndilər, yaxın döyüş sahəsində bacarıq qazandılar.

ASO nizamlı ordu olma yolunda önəmli daha bir mərhələni də keçdi. Bununla da ASO-nun əsgər mövcudluğu 51 mini keçdi.

Hərbi bölmənin komandanı Seyf Əbu Bəkir mövzuyla əlaqəli bəyanatında deyib ki, daha intizamlı bir ordu olaraq suriyalıların haqqını müdafiə etməyə cəhd göstərəcəyik. Türkiyə bizə bu mövzuda köməklik göstərdi, çox təşəkkür edirik. Bu əsgərlər bölgəni terrordan azad etmək üzün heç vaxt zəiflik göstərmədən mübarizəsini davam etdirəcəkdir. Onlar istənilən şərtlərə uyğun şəkildə təlim keçdilər.



Әlaqәli Xәbәrlәr