Kərkükdə terror aktı törədilib

İraqın Kərkük şəhərində mərkəzdə törədilən terror aktında ətrafdakı ev, iş yeri və maşınlara ziyan dəyib.

1023528
Kərkükdə terror aktı törədilib

İraqın Kərkük şəhərində mərkəzdə törədilən terror aktında ətrafdakı ev, iş yeri və maşınlara ziyan dəyib.

Kərkük Vasıti Polis Müdirliyinin mətbuat rəsmisi Afrasyav Kamil Vasıti bölgəsində naməlum şəxs yaxud şəxslər tərəfindən yol kənarında yerləşdirilmiş bombanın partladıldığını bildirib.

Hücumda ölən yaxud yaralanan olmasa da ətrafdakı ev, iş yeri və maşınlara ziyan dəydiyini bildirən Kamil polisin hadisə ilə əlaqəli ətraflı tədqiqat başlatdığını deyib.

Qeyd edək ki,  İraqın Baş naziri Heydər əl-İbadi 2017-ci ilin dekabrında terror təşkilatı DEAŞ-ın 3 il davam edən hərbi mövcudluğunun başa çatdığını elan etdi, ancaq təşkilatın tərkibində aktiv olmayan hücrələr İraqdakı bəzi nöqtələrdə zaman-zaman terror hücumlarını davam etdirir.



Әlaqәli Xәbәrlәr