Husilər Hudeyde Limanına qida yükünün girişinə mane olmaqda günahlandırıldı

Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələri Husiləri Hudeyde Limanına qida yükünün girişinə mane olmaqda günahlandırdı.

1022692
Husilər Hudeyde Limanına qida yükünün girişinə mane olmaqda günahlandırıldı

Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələrinin Səudiyyə Ərəbistanının "Əl İhbariyyə" kanalında yayımlanan açıqlamasında Husilərin Hudeyde Limanındakı dəniz nəqliyyatına mane olduğu bildirildi.
 
 Açıqlamada qida maddələrindən ibarət yükün daşınmasına maneçilik törədilməsinin yəmənlilərin vəziyyətini ağırlaşdırdığı vurğulanır.
 
 Açıqlamada Husilərin limanı idarəetmə tərzinin yardımların çatdırılmasına mane olan ekoloji fəlakətə səbəb olacağı qeyd edilir.
 
 Səudiyyə Ərəbistanının "Əl İhbariyyə" kanalı keçən həftənin çərşənbə günü Qırmızı dənizdə Səudiyyə Ərəbistanına aid neft tankerini terror hücumuna məruz qaldığını bildirmiş, lakin daha sonrakı məlumatlarda hədəf alınan gəmi sayının iki olduğu qeyd edilmişdi.
 
 Bundan sonra Səudiyyə Ərəbistanı Enerji, Sənaye və Mineral Ehtiyatlar naziri Xalid bin Əbdüləziz əl-Falih açıqlama verərək: "Babül-Məndəb boğazından keçirilən bütün xam neft transferi buranın təhlükəsizliyi təmin olunana qədər dərhal və müvəqqəti olaraq dayandırılacaqdır" ifadəsini işlətmişdi.



Әlaqәli Xәbәrlәr