Süveydədəki intihar hücumlarını DAEŞ törətdiyini etiraf edib

İki intihar hücumunun qarşısını isə ölkənin təhlükəsizlik qüvvələri alıb.

1019497
Süveydədəki intihar hücumlarını DAEŞ törətdiyini etiraf edib

  Suriyanın cənubunda hökumət qüvvələrinin nəzarəti altındakı Süveydə şəhərində törədilən intihar hücumlarında 156 nəfər həyatını itirdi.

  Hücumları terror təşkilatı DAEŞ öz üzərinə götürdü.

  İngiltərə Mərkəzli Suriya İnsan Haqları Müşahidə Təşkilatı hücumlarda 30-a yaxın adamın da yaralandığını bildirib.

  İki intihar hücumunun qarşısını isə ölkənin təhlükəsizlik qüvvələri alıb. Onlar terrorçuları özlərini partlatmağa imkan vermədən öldürüblər.

  Süveydə şəhərinin şimal-şərqindəki üç kəndə də intihar hücumu olub, ölü və yaralı sayı barədə isə açıqlama verilməyib.



Әlaqәli Xәbәrlәr