İraqda DEAŞ-a qarşı əməliyyat həyata keçirilib

İraqa məxsus döyüş təyyarələrinin ölkənin şərqindəki Diyala şəhərinə endirdiyi hava zərbələri nəticəsində terror təşkilatı DEAŞ üzvü 15 terrorçu öldürülüb.

1017177

Diyala polis qüvvəsində vəzifəli zabit Habib əş-Şemmeri bir qrup terrorçunun bölgədə hücum edəcəyinə dair əldə edilən kəşfiyyat çərçivəsində hava hücumu təşkil edildiyini, hava zərbələri nəticəsində 15 terrorçunun məhv edildiyini  bildirib.

Şemmeri hava hücumunda ayrıca terrorçulara aid 3 maşının da məhv edildiyini dilə gətirib.

Qeyd edək ki, İraqın baş naziri Heydər əl-İbadi 2017-ci ilin dekabrında DEAŞ terror təşkilatının 3 il davam edən hərbi mövcudluğunun sona çatdığını elan etmişdi. Ancaq təşkilatın tərkibindəki bir sıra qruplar İraqda bəzi bölgələrdə zaman-zaman terror aktları törətməkdə davam edirlər.

Әlaqәli Xәbәrlәr