İraq "Yəhudi Milli Dövləti" qanununu qınadı

İraq Xarici İşlər Nazirliyi İsrail parlamentinin qəbul etdiyi "Yəhudi Milli Dövləti" qanununu qınayaraq, qanunun sülh prosesinə zərər verdiyini və irqçiliyi möhkəmləndirdiyini bildirdi.

1017752

 Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Mahcub verdiyi yazılı açıqlamada beynəlxalq ictimaiyyətə İsrailin bu qanundan imtina etməsini, Fələstin xalqına qarşı hücumlarını və beynəlxalq hüquq pozuntularını dayandırmasını təmin etməyə çağırdı.
 
 İraq Müsəlman Alimlər Birliyindən verilən yazılı açıqlamada da, İsrailin təsdiqlədiyi qanunun işğal altındakı torpaqlarda Fələstinin mövcudluğunu yox etməyi qarşısına məqsəd qoyan irqçi bir qanun olduğu vurğulandı.
 
Әlaqәli Xәbәrlәr