İsrail ordusu Qəzzaya hücum etdi

İsrail ordusu Qəzzaya döyüş təyyarələri, tank və toplarla təşkil etdiyi hücumun davam etdiyini bildirdi.

1016467
İsrail ordusu Qəzzaya hücum etdi

 Anadolu Xəbər Agentliyinin  müxbirinə müsahibə verən İsrail ordusunun rəsmisi Qəzza sərhədindəki İsrail əsgərlərinə atəş açıldığını iddia edərək, buna qarşı ordunun Qəzzaya hücum əməliyyatına başladığını söylədi.
 

Ordu rəsmisi İsrail döyüş təyyarələrinin Qəzza üzərində uçmağa davam etdiyini bildirdi, lakin əməliyyatın nə vaxt sona çatacağına dair hər hansı bir məlumat vermədi.
 İsrail mətbuatının yaydığı xəbərlərə görə, İsrailin Baş naziri Binyamin Netanyahu Qəzzadakı vəziyyəti müzakirə etmək üçün paytaxt Tel-Əvivdəki Baş Qərargahda olub.
 

Toplantıya dair rəsmi orqanlardan hər hansı bir açıqlama verilməyib.

 İsrail əsgərlərinin Qəzzaya təşkil etdiyi hücumlarda şəhid olan fələstinlilərin sayı isə dördə yüksəlib.

 Xatırladaq ki, Qəzza sərhədində martın 30-dan bu yana davam edən "Böyük Qayıdış Yürüşü" mitinqlərində 140-dan çox fələstinli İsrail əsgərlərinin hücumları nəticəsində şəhid olub.



Әlaqәli Xәbәrlәr