Qaradənizdə “Sea Breeze-18” hərbi təlimləri

Qaradəniz bölgəsində iyulun 9-da Ukraynanın ev sahibliyilə edilən “Sea Breeze-18” hərbi təlimləri 17 ölkənin dəniz qüvvələrini birləşdirdi.

1009083
Qaradənizdə “Sea Breeze-18” hərbi təlimləri

  Məlumata görə, “Sea Breeze-18” hərbi təlimləri Ukraynanın Odessa Limanı çevrəsində Qaradənizdə keçirilir, iyulun 17-ə qədər davam edəcək. Sülhü dəstəkləmə hərəkatı və dəniz təhlükəsizliyi məsələləri təliminə qatılan ölkələrin dəniz faktorları arasında iş birliyi və birlikdə çalışabilməni inkişaf etdirməyi məqsədi daşıyan təlimdə Dəniz Qüvvələri Komandanlığından TCG Yavuz döyüş gəmisi, TCG Yıldıray sualtı gəmisi, Çoxmillətli Dəniz Təhlükəsizliyi Mərkəzi (MARSEC COE) Mobil Təlim Komandası və 3 qərargah zabiti iştirak edir.

  Hərbi təlimlərdə Türkiyə ilə yanaşı, Amerika Birləşmiş Ştatları, Bolqarıstan, Kanada, Gürcüstan, Litva, Moldova, Norveç, Polşa, Rumıniya, İngiltərə, İsveç, İtaliya, Danimarka, Estoniya, Ukrayna və Yunanıstan da vardır.



Әlaqәli Xәbәrlәr