Rusiyaya iqtisadi sanksiya tətbiqi daha 6 ay uzadılır

Avropa İttifaqı (Aİ), Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiqini daha altı ay uzatmaq niyyitindədir.

1002293
Rusiyaya iqtisadi sanksiya tətbiqi daha 6 ay uzadılır

Avropa İttifaqının yüksək seviyyəli rəsmisi , 28-29 iyun tarixlərində Brüsseldə keçirilən Avropa ittifaqı dövlət və hökumət başçıları zirvəsinə dair açıqlama verib. O bildirib ki, Rusiya, Ukraynada sabitsizlik yaradmaqda davam edir. Bu səbəbdən alyansın qoyduğu iqtisadi sanksiyaların davamını nəzərdə tutan qərar qəbul edilib.

Qeyd edək ki, Rusiya 18 Mart 2014 tarixində Krım Muxtar Respublikasını işğal etmiş, sonra da Sevastopol şəhərini birləşdirmişdi. Avropa ittifaqı isə həmin səbəblə Rusiyaya qarşı iqtisadi sanksiya tətbiqinə başlamışdı.

Rusiya tərəfindən Krımın birləşdirilməsindən və Ukraynanın şərqindəki hadisələrdən sonra Avropa İttifaqı, ABŞ və bəzi ölkələr Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başladılar.



Әlaqәli Xәbәrlәr