İranda etiraz aksiyaları başlayıb

İranın paytaxtı Tehranda sahibkarlar, ölkədəki iqtisadi problemlərə və valyuta məzənnələrinin yüksəlməsinə etiraz edib.

999354
İranda etiraz aksiyaları başlayıb

Paytaxtdakı "Tehran Böyük bazarda" iqtisadi problemlərdən etirazın əlaməti olaraq dükanlarını açmayan sahibkarlar, "10 min tümənə dollar istəmirik" deyə şuar səsləndiriblər.

Dünən Tehranda "Çahar Su Pasajı"nın sahibkarları İran pul vahidi tümənin valyuta qarşısında dəyər itirməsindən etiraz məqsədiylə dükanlarını açmadılar. Onlar, əlinizi "Suriyadan çəkin, bizim vəziyyətimizə baxın" deyə şuarlar səsləndirdilər.

İranda dolların qısa müddətdə 4 min tüməndən 7 min 500 səviyyələrinə qədər yüksəlməsi qarşısında, prezident Həsən Ruhani hökuməti aprel ayında dolların 4 min 200 tümənə sabitlənməsinə dair qərar qəbul etmiş və sərbəst bazarda valyuta alış-verişini qadağan etmişdi.

Banklarda rəsmi məzənnə olan 4200 tüməndən satın alınan dollar, sərbəst bazarda 8 min 500 səviyyəsində əməliyyat görür.

ABŞ prezidenti Donald Trampun keçən ay nüvə razılaşmasından tək tərifli çəkilməs qərarı İran bazarlarını sarsdı.



Әlaqәli Xәbәrlәr