İraq ordusu DEAŞ-ın 17 üzvünü dә mәhv etdi

İraq qüvvәlәri Mosulda keçirilәn әmәliyyat nәticәsindә 17 DEAŞ terrorçusunun öldürüldüyünü açıqlayıb

998176
İraq ordusu DEAŞ-ın 17 üzvünü dә mәhv etdi

İraq qüvvәlәri Mosulda keçirilәn әmәliyyat nәticәsindә 17 DEAŞ terrorçusunun öldürüldüyünü açıqlayıb.

Әmәliyyat zamanı 33 DEAŞ silahlısının da tutulduğu bildirilir.

Mәlumata görә, әmәliyyat zamanı hәrbçilәr ilә terrorçular arasında baş verәn qarşıdurma nәticәsindә 2 hәrbçi yaralanıb.

Әmәliyyat nәticәsindә öldürülәn vә tutulan terrorçuların keçәn il Mosulun terrorçulardan azad edilmәsi üçün keçirilәn әmәliyyat zamanı  Suriyaya qaçan terrorçular olduğu bildirilib.

Qeyd edәk ki, İraq qüvvәlәri  tәxminәn 3 il terror tәşkilatı DEAŞ-ın nәzarәtindә olan Mosul şәhәrini 2017-ci ilin iyul ayında nәzarәtinә keçirmişdi.

İraqın Baş naziri Heydәn әl-İbadi 2017-ci ilin dekabr ayında DEAŞ-ı mәğlub etdiklәrini bildirmişdi.



Әlaqәli Xәbәrlәr