İran ABŞ-ı region ölkələrini bölməyə çalışmaqda günahlandırdı

İran Müdafiə naziri Əmir Hatəmi ABŞ-ın region ölkələrini bölmək üçün İraq Kürd Regional Rəhbərliyindəki vəzifəli şəxslərdən istifadə etməyə çalışdığını, lakin İran, Türkiyə və İraqın dəstəyi ilə planın müvəffəqiyyətsizliklə nəticələndiyini söylədi.

997518

Bu barədə xəbəri İranın xəbər agentliyi "Tesnim"yaydı.

Paytaxt Tehranda keçirilən 13-cü İran Coğrafiya Konqresində çıxış edən Hatəmi ABŞ-ın region ölkələrini bölərək kiçik dövlətlər yaratmaq istədiyini iddia edərək: "Düşmənlər ilk addım olaraq, İraq Kürd Regional Rəhbərliyinin vəzifəli şəxslərini aldadaraq region ölkələrini bölmək məqsədi güdürdülər, lakin xalqın ayıq-sayıqlığı və İran, Türkiyə, İraqın dəstəyi ilə bu plan müvəffəqiyyətsizliyə düçar oldu".

Hatəmi ABŞ-ın bu hədəfə "Yeni Orta Şərq Planı" çərçivəsində çatmağa çalışdığını qeyd etdi.
 
Әlaqәli Xәbәrlәr