İraqda seçki qutularının yanması faktı ilə əlaqədar 4 nəfər həbs olundu

İraqda seçki qutularının olduğu ambarın yanması ilə bağlı aparılan təhqiqat çərçivəsində 4 şəxs saxlanıldı.

990738
İraqda seçki qutularının yanması faktı ilə əlaqədar 4 nəfər həbs olundu

İraqda seçki qutularının olduğu ambarın yanması ilə bağlı aparılan təhqiqat çərçivəsində 4 şəxs saxlanıldı.

İraq Ali Məhkəməsinin mətbuat katibi Əbdüssəttar Bayraqtarın bu barədə  verdiyi açıqlamada: "Risafa Məhkəməsi tərəfindən Ali Seçki Komissarlığının seçki qutularının olduğu ambarda baş verən yanğınla bağlı aparılan təhqiqat çərçivəsində üç polis və bir nəfər komissarlıqda işləyən məmur həbs olundular" deyilir.

Bayraqtar seçkilərin nəticələrini təhrif etmək istəyənlərə ən ağır cəza verəcəklərini qeyd etdi.

 

 



Әlaqәli Xәbәrlәr