"Öldürülən" rusiyalı jurnalist danışdı

Ukraynanın paytaxtı Kiyevdə öldürüldüyü söylənilən rusiyalı jurnalist Arkadi Babçenko üçün Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəisi Vasili Qritsak mətbuat konfransı təşkil edib.

983193
"Öldürülən" rusiyalı jurnalist danışdı

  V.Qritsak A.Babçenkonun yaşadığını bildirərək deyib: "Bir sui-qəsd cəhdinin qarşısını almaq üçün ssenari hazırladıq. Sui-qəsd cəhdinə hazırlaşan adam Kiyevdə tutulub. Bu adam pul qarşılığında Rusiya tərəfindən satın alınıb. Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən verilən məlumata görə, Rusiyanın xüsusi xidmət orqanları rusiyalı jurnalistin öldürülməsi əmrini verdi. Keçirilən xüsusi əməliyyat nəticəsində A.Babçenkonun öldürülməsinə mane olduq.”

  Mətbuat konfransında Qritsakın bu sözlərindən sonra jurnalist Babçenko həmkarlarının qarşısına çıxıb: “Ukrayna xüsusi xidməti tərəfindən sui-qəsdə uğrayacağıma dair əvvəlcədən xəbərdar edildim. Sui-qəsdi edəcək adam muzdlu qatillə bağlı məlumatlar Rusiya ilə bağlı idi.”

  Xatırladaq ki, Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən Rusiya vətəndaşı, jurnalist Arkadi Babçenkonun Kiyevdəki evində kürəyindən silahla vurulduğu və xəstəxanaya aparılarkən öldüyü bildirilmişdi.

  A.Babçenko 2017-ci ildə Rusiyanı tərk etmiş və Kiyevə yerləşmişdi. Müxtəlif qəzet və televiziyalarda çalışmış Babçenko Kiyevdə Krım Tatar televiziyasında öz proqramı ilə çıxış edir.



Әlaqәli Xәbәrlәr