“Mike Pompeonun sözləri dəyərsizdir”: Cavad Zərif

ABŞ dövlət departamentinin rəhbəri Mike Pompeonun sözləri məntiqlə üst-üstə gəlməyən, axmaq fikirlərdir. Bunu İran xarici işlər naziri Cavad Zərif deyib.

977321
“Mike Pompeonun sözləri dəyərsizdir”: Cavad Zərif

Xarici işlər naziri Cavad Zərif İran Dövlət Telekanalına verdiyi açıqlamada: "Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Pompeonun sözləri xəyal məhsulu, məntiqə zidd və cavab veriləcək sözlər deyil. ABŞ siyasəti fitnəçi qrupların təzyiqi altındadır”.

2015-ci il tarixli nüvə razılaşmasına imza atan Rusiya, Çin, İngiltərə, Fransa və Almaniyanın, ABŞ heyəti olmadan danışıqlara başladığını ifadə edən Zərif, rəsmi Vaşinqtonun daha əvvəl baş tutan yığıncaqlarda da müxtəlif bəhanələr irəli sürərək razılaşmanın tətbiqinə mane olmağa cəhd etdiyini, ABŞ-ın razılaşmanı tək tərəfli ləğv qərarının, müqavilənin tətbiqi ilə əlaqəli iclaslara töhvə verəcəyinə inandığını vurğulayıb.

Digər tərəfdən, Hürrəmşəhrin xilas edilməsinin il dönümü münasibətiylə İran Məclisi ümumi iclasında çıxış edən Baş qərargah Başçısı Məhəmməd Baqiri, ölkəsinin müdafiə gücünü artırmaq üçün heç bir ölkədən icazə almayacaqlarını bildirib.

Qeyd edək ki, ABŞ dövlət katibi Pompeo, 21 Mayda verdiyi açıqlamada ölkəsinin İrandan tələblərini ehtiva edən 12 maddəlik bir siyahı açıqladığını, Tehrana ağır maliyyə təzyiq və sanksiyaların tətbiq olunacağını bildirmişdi.

 



Әlaqәli Xәbәrlәr