BMT Baş katibi İran və İsraili xəbərdarlıq edib

BMT Baş katibi Antonio Guterres İsrail və İrana çağırış edib ki, təxribatçı hərəkətlərə son qoysunlar.

968434
BMT Baş katibi İran və İsraili xəbərdarlıq edib

BMT Baş katibinin sözçüsü Stephane Dujarric verdiyi açıqlamada: Guterres, ötən gün İran qüvvələrin Suriyadan İsrailə istiqamətli təşkil etdiyi raket hücumunun narahatlıq yaratdığını qeyd edib.

Dujarric vurğulayıb ki, "Baş katib dəhşətli münaqişələrə səhnə olan bölgədə yeni qarşıdurmaların baş verməməsi üçün bütün təhrik edici addımlardan imtina edilməsinin lazım gəldiyini bildirib”

Qeyd edək ki, İsrail ordusu, ötən gün İran qüvvələrinin Suriyadan İsrailə təxminən 20 raket atdığını irəli sürmüşdü. İran isə İsrailin iddialarının doğru olmadığını bildirmişdi.

 

 



Әlaqәli Xәbәrlәr