İdlibә endirilәn zәrbәlәr nәticәsindә yenә dinc sakinlәr hәlak oldu

Bu barәdә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının rәsmisi Mustada Hac Yusif mәlumat verdi.

967746
İdlibә endirilәn zәrbәlәr nәticәsindә yenә dinc sakinlәr hәlak oldu

Suriyanın İdlib şәhәrinә endirilәn zәrbәlәr nәticәsindә әksәriyyәti uşaq vә qadın  olmaqla 8 nәfәr hәlak oldu.

Bu barәdә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının rәsmisi Mustada Hac Yusif mәlumat verdi.

Mustada Hac Yusif  Maar Zita kәndindә mülki vәtәndaşların sığındığı mağaranın  düyüş tәyyarәlәri tәrәfindәn atәşә tutulduğunu bildirdi.

Müxaliflәrә aid internet sәhifәsindәn verilәn mәlumatda isә Rusiyaya mәxsus döyüş tәyyarәsinin  İdlibin Maar Zita  kәndinә hücum tәşkil etdiyi bildirilir.

‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının mәlumatına görә,  2018-ci ilin yanvar ayından etibarәn Bәşәr Әsәd rejimi vә onu dәstәklәyәnlәrin tәşkil etdiyi hücumlar nәticәsindә әksәriyyәti uşaq vә qadın olmaqla 674 dinc sakin  hәlak oldu,  4 min 204 dinc sakin dә yaralandı.



Әlaqәli Xәbәrlәr