“Telegram”ın əngəllənmə qərarını hökumət qəbul etmir", H.Ruhani

İran prezidenti Həsən Ruhani ölkədəki populyar sosial və mesajlaşma şəbəkəsi olan “Telegram”ın əngəllənmə qərarının hökumət tərəfindən qəbul olunmadığını bildirib.

964672
“Telegram”ın əngəllənmə qərarını hökumət qəbul etmir", H.Ruhani

   Mövzu ilə bağlı “İnstagram” hesabından məlumat verən H.Ruhani İran məhkəməsinin ölkədəki ən populyar sosial mesajlaşma tətbiqi “Telegram”a qadağa gətirməsinə qarşı tənqidi fikirlərini paylaşaraq deyib: “Telegram”a qarşı əngəllənmə qərarı nə hökumət tərəfindən verilib, nə də hökumətin icazəsilə həyata keçirib. Siyasət interneti nəzarətə götürmək deyil, etibarlı hala gətirməkdir. İndiyə qədər İranda heç bir sosial media və ya mesajlaşma şəbəkəsi hökumət tərəfindən qadağan olunmayıb, bundan sonra da əngəllənməyəcək".  

  Xatırladaq ki, İran prezidenti Həsən Ruhaniyə qarşı ölkənin din xadimlərindən olan Ayətullah Mahmud Rəcəbi “Telegram”a məhkəmə vasitəsilə maneə qərarının hüquq çərçivəsində qəbul edildiyini və ölkə başçısının qərara "qarşı gəlmə haqqı"nın olmadığını söyləmişdi.



Әlaqәli Xәbәrlәr