Avropa İttifaqı İsrailə xəbərdarlıq etdi
Avropa İttifaqı İsraili mülki vətəndaşları, xüsusilə də uşaqları hədəf almamağa, əli yalın etirazçılara qarşı həqiqi güllələrdən istifadə etməməyə çağırdı.
Aİ komissiyasının sözçüsü Maja Kocijancic Qəzzada etirazların beşinci həftəsində hadisələrin gedişatını yaxından təqib etdiklərini bildirdi.
Kocijancic: "Avropa İttiaqı tərəfləri gərginliyi azaltmağa çağırır. Davam edən zorakılıq Qəzzada yaşanan ağrı-acını uzadır və sülh axtarışlarına zərər verir. Verilən itkilər bizi kədərləndirir. Mülki vətəndaşlar, xüsusilə də uşaqlar hədəf alınmamalıdır. İsrail əli yalın etirazçılara qarşı həqiqi güllələrdən istifadə etməməlidir. Bölgədəki hadisələr barəsində istintaq işi aparılmalıdır" dedi.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir