"Daşnaksütun" partiyası Nikol Paşinyana səs verəcəyini açıqlayıb

Ermənistanın yeni baş naziri parlamentin mayın 1-də keçiriləcək iclasda seçiləcək.

960654
"Daşnaksütun" partiyası Nikol Paşinyana səs verəcəyini açıqlayıb

 "Yelk" (Çıxış) fraksiyasının rəhbəri Nikol Paşinyanın adı Ermənistanın yeni baş nazirliyi üçün səsverməyə qoyulacaq.  

  Belə ki, Ermənistan parlamentində 105 yerdən 58-nə malik olan hakim Respublika partiyası aprelin 28-də baş nazir postuna namizəd irəli sürməyəcəyini bəyan edib. 30 səsə malik "Sarukyan" bloku da bu seçkidə öz namizədi ilə çıxış etməyəcək və "xalqın namizədi"ni dəstəkləyəcək. "Daşnaksutyun" partiyası isə birbaşa Nikol Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləyəcəyini bildirib. Bu partiyanın 7 deputat yeri var. 

  "Yelk" fraksiyası da 9 nəfərlə parlamentdə azlıqdadır. Lakin aprelin 25-də keçirilən mitinq zamanı müxalif "Mənim addımım" hərəkatı öz lideri Nikol Paşinyanın baş nazir postuna namizədlıiyini irəli sürüb. 

  Aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan çoxgünlük etiraz aksiyalarından sonra istefa verib. Baş nazirin səlahiyyətlərini onun birinci müavini Karen Karapetyan icra edir. 

  Ermənistanın yeni baş naziri parlamentin mayın 1-də keçiriləcək iclasında seçilməlidir.



Әlaqәli Xәbәrlәr