İranda helikopter qəzaya uğrayıb

Bu barədə İranın rəsmi xəbər agentliyi məlumat yayıb.

953793
İranda helikopter qəzaya uğrayıb

İranın neft şirkətinə məxsus helikopter Fars körfəzində qəzaya uğrayıb.

Bu barədə İranın rəsmi xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, helikopter Lavan adası yaxınluğunda qəzaya uğrayıb. 

Qeyd edək ki, helikopterin göyərtəsində 4 nəfər olub. Onlardan ikisi həlak olub, iki nəfər isə itkin düşüb.

 



Әlaqәli Xәbәrlәr