İraqda ABŞ əsgərlərini daşıyan helikopter qəzaya uğradı

İraqın qərbində ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb.

930816
İraqda ABŞ əsgərlərini daşıyan helikopter qəzaya uğradı

İraqın qərbində ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb.

ABŞ-ın başçılığındakı DEAŞ əleyhinə koalisiya ABŞ-a məxsus  hərbi helikopterin İraqın qərbində qəzaya uğradığını açıqlayıb.

Pentaqonun verdiyi açıqlamaya görə, Suriya ilə sərhəddə baş verən hadisə zamanı helikopterdə 7 nəfər olub.

Hadisə ilə əlaqəli İraqın yaydığı açıqlamada isə helikopterin texniki nasazlığa görə düşdüyü və həyatını itirənlər olduğu bildirilib.

İraq ordusuna məxsus hərbi dəstənin helikopterin qəzaya uğradığı bölgəyə çatdığı və hadisənin səbəblərinin araşdırıldığı açıqlanıb.

Helikopterin axtarış-xilasetmə işçilərinin daşınmasında istifadə edildiyi bildirilib.

 

 

 



Әlaqәli Xәbәrlәr