Bәşәr Әsәd rejimi Şәrqi Qutanı ikiyә böldü

Bu barәdә Anadolu Agentliyinin xәbәrindә bildirilir.

926528
Bәşәr Әsәd rejimi Şәrqi Qutanı ikiyә böldü

 

Bәşәr Әsәd rejimi vә onu dәstәklәyәnlәr BMT Tәhlükәsizlik Şurasının elan etdiyi 5 saatlıq atәşkәsә baxmayaraq Şәrqi Qutaya ağır zәrbәlәr endirib.

Bu barәdә Anadolu Agentliyinin xәbәrindә bildirilir.

Xәbәrdә  Bәşәr Әsәd rejiminin  martın 3-dәn etibarәn BMT Tәhlükәsizlik Şurasının  qәrarına baxmayaraq Şәrqi Qutadakı yaşayış mәntәqәlәrini  intensiv atәşә tutduğu qeyd olunur.

Әsәd rejiminin Şәrqi Qutanın iki hissәsini birlәşdirәn Misraba bölgәsindәn Haresta qәsәbәsinәdәk olan 1 kilometrlik dәhlizi atәşә tutaraq Şәrqi Qutanı faktiki olaraq ikiyә böldüyü bildirilir.

Qeyd edәk ki, son 18 gün әrzindә  bölgәyә tәşkil edilәn hücumlar nәticәsindә 881 dinc sakin hәlak olub.

Müxaliflәrin nәzarәtindәki Şәrqi Qutada tәxminәn 400 min dinc sakin  yaşayır.



Әlaqәli Xәbәrlәr