İranın birinci vitse-prezidenti İshaq Cahangiri İraqın dövlət başçısı ilə görüşdü

İraqda rəsmi səfərdə olan İranın birinci vitse-prezidenti İshaq Cahangirinin bu ölkədəki görüşləri davam edir.

925539
İranın birinci vitse-prezidenti İshaq Cahangiri İraqın dövlət başçısı ilə görüşdü

İraqda rəsmi səfərdə olan İranın birinci vitse-prezidenti İshaq Cahangiri paytaxt Bağdadda İraqın dövlət başçısı Fuad Məsum ilə görüşdü.
 
 İraq Prezident Aparatından verilən məlumata görə, Məsum ilə Cahangirinin Salam Sarayında keçirdiyi görüşdə iki ölkə arasında siyasi, ticari əlaqələr, terrorla mübarizə və energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
 
 İraq və İran xalqları arasındakı tarixi dostluq əlaqələrinə toxunan Məsum iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsinə diqqəti çəkib.
 
 İraqın dövlət başçısı təhlükəsizlik qüvvələrinin terror təşkilatı DEAŞ üzərində qələbə qazanmasından sonra hər iki ölkə arasında həmrəyliyin yeni bir mərhələyə qədəm qoyduğunu qeyd edib.
 
 Məsum  iki ölkənin terrorla mübarizə məsələsində, neftin qiyməti və energetika sahəsində daha sıx əməkdaşlığa ehtiyacı olduğunu söyləyib.
 
 Qeyd edək ki, İranın birinci vitse-prezideni Cahangiri ötən gün  Bağdada rəsmi səfər edib və İraq Baş naziri Heydər əl-İbadi ilə görüşüb.



Әlaqәli Xәbәrlәr