İranda sərnişin təyyarəsi qəzaya uğradı
Yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb.
İran İSNA və Tasnim informasiya agentliklərinin verdiyi xəbərə görə, Tehrandan Yasuc şəhərinə doğru uçan “Aseman Airlines" hava şirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan şəhərinə bağlı Şemiran rayonuna düşüb.
Yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində 66 nəfər olub.
Bölgəyə xilasedici dəstələrin olduğu vertolyotlar göndərilsə də, sıx duman səbəbindən qəza baş verən ərazidə təyyarənin qalıqlarını aşkar etmək mümkün olmayıb. Axtarış-xilasetmə işləri davam edir.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir