İsrail İrana məxsus PUA-nı vurdu

İsrail ordusu Suriyadan havaya qalxan və İrana aid olduğu bildirilən bir PUA-nı İsrail hava məkanını pozduğu üçün vurduğunu bildirdi.

907655
İsrail İrana məxsus PUA-nı vurdu

İsrail ordusu Suriyadan havaya qalxan və İrana aid olduğu bildirilən bir PUA-nı İsrail hava məkanını pozduğu üçün vurduğunu və buna cavab olaraq Suriyada İrana məxsus hədəflərə hava hücumu təşkil olunduğunu bildirdi.
 
 İsrail ordusunun yaydığı xəbərdə Suriyadan havaya qalxan PUA-nın hava müdafiə sistemləri tərəfindən ilk andan etibarən təqibə alındığı və  hava məkanını pozduğu üçün vurulduğu bildirilir.
 
 Xəbərdə ordunun cavab olaraq Suriyada İrana məxsus hədəflərə hava hücumu təşkil etdiyi deyd olunur.
 
 İsrail ordusu bu gün səhər saatlarında Suriyadan İsrail təyyarələrinə atəş açıldığını bildirib.
 
 İran hadisə ilə bağlı  hər hansı bir açıqlama verməyib.



Әlaqәli Xәbәrlәr