İranda nəzarətə götürülən tələbələrdən çoxunun aksiyalarla əlaqəsi yoxdur

İran Milli Məclisi Təhsil və Araşdırma Komissiyasının üzvü Mahmud Sadiqi ölkədəki aksiyalar zamanı bu günə qədər 90 universitet tələbəsinin nəzarətə alındığını bildirib.

883093
İranda nəzarətə götürülən tələbələrdən çoxunun aksiyalarla əlaqəsi yoxdur

   Son günlər yaşanan rejim əleyhinə mitinq və küçə hadisələrilə bağlı İran İşçi Xəbər Agentliyi – İLNA-ya istinadən M.Sadiqi bildirib: “Hadisələr zamanı nəzarətə alınan ən az 90 universitet tələbəsindən 10-unun vəziyyəti bəlli deyil. Hansı qurum tərəfindən nəzarətə götürüldüyü müəyyən olunmayan bu 10 tələbə üçün araşdırmalar davam edir. Təhsil Nazirliyindən əldə etdiyimiz məlumata görə, nəzarətə alınan tələbələrdən bir çoxunun aksiyalarla əlaqəsi yoxdur. Onlar hadisə yerlərindən uzaqda və evlərinin olduğu yerlərdə tutulub. Təhlükəsizlik qüvvələrinin belə hərəkətləri vəziyyəti daha da poza bilər. Məsələn, nəzarətə götürülən tələbələrdən 58-i Tehran universitetlərində təhsil alır. Tutulan tələbələrin bəziləri üçün müvəqqəti həbs qərarı verilib, bəziləri isə şərti azaldığa buraxılıb”.



Әlaqәli Xәbәrlәr