Türkməneli Partiyası seçkilərin 6 ay təxirə salınmasını istədi

İraqın Kərkük şəhərindəki Türkməneli Partiyası Səlahaddin, Kərkük və Mosul şəhərlərindəki mühacirlərin evlərinə qayıtması üçün seçkilərin 6 ay təxirə salınmasını istədi.

879132

İraq Türkmən Cəbhəsi tərkibində siyasi fəaliyyət göstərən Türkməneli Partiyasının sözçüsü Əli Müfti bunu Kərkükdə keçirdiyi mətbuat konfransında deyib.

Sözçü terror təşkilatı DEAŞ-dan xilas edilən bölgələrə Türkmənlərin geri qayıtması üçün seçkilərin 6 ay uzadılmasının vacibliyini dilə gətirib.

Seçkilərdə ədalətli nəticələr əldə edilməsi üçün seçki qanununda dəyişikliyin edilməsinin vacibliyini bildirən Müfti deyib ki, Kərkükdə qələbə qazanacaq 13 millət vəkili şəhərdəki bütün etnik qruplar arasında bölüşülməlidir. Türkmənlər 4, ərəblər 4, kürdlər 4 və azlıqlara da bir millət vəkili seçmə haqqı verilməlidir.

İraq Parlamenti millət vəkili və bələdiyə seçkilərinin mayın 12-də keçirilməsini qərara almışdı.

Әlaqәli Xәbәrlәr