Əsəd rejimi Şərq Qutaya hücumlarını artırdı

Suriyada Bəşər Əsəd rejiminin paytaxt Dəməşqdə mühasirə altında saxladığı Şərqi Quta bölgəsinə təşkil etdiyi hücumlarda 15 vətəndaş ölüb.

878951
Əsəd rejimi Şərq Qutaya hücumlarını artırdı

Suriyada Bəşər Əsəd rejiminin paytaxt Dəməşqdə mühasirə altında saxladığı Şərqi Quta bölgəsinə təşkil etdiyi hücumlarda 15 vətəndaş ölüb.

Əsəd rejimi gərginliyi azaltma bölgəsi daxilindeki Şərq Qutaya toplarla və havadan hücumları təşkil edir.

Haresta, Duma və Zemelkea qəsəbələri ilə Hammuriye, Cisr, Arbin, Merc, Kefer Batna, Misraba və Beyt Seva bölgələri və Neşşebiye ilə Otaya kəndlərini topçu hücumlarıyla hədəf götürən rejim qüvvələri, ayrıca Haresta qəsəbəsi ilə Merc, Arbin və Medyere bölgələrinə də hava hücumları təşkil edib.

Mülki Müdafiənin (Ağ dəbilqəlilər) mənbələrinə görə, rejimin hücumlarına məruz qalan Şərqi Qutada ilkin məlumatlara görə Harestada 9, Otaya kəndində 3, Kafari Batna, Misraba və Neşşebiyedə isə bir vətəndaş həyatını itirib.

Yaralılar Mülki Müdafiə qrupları tərəfindən bölgədəki xəstəxanalara yerləşdirilib.

Ağ dəbilqəlilər hücumlar nəticəsində yerlə-yeksan olan binaların dağıntıları altında axtarış işlərini davam etdirirlər.

BMT-nin və beynəlxalq cəmiyyətin Şərqi Qutadakı ölüm halları səssiz qalmasından istifadə  edən rejim 14 noyabrdan bəridir bölgəni gücü şəkildə bombalayır.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan De Mistura 28 noyabrda Rusiyanın təklifilə Əsəd rejiminin Şərqi Qutada atəşkəsi qəbul etdiyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr