İdlibin bombardmanı davam edir

Suriyada müxalifətin nəzarətindəki gərginliyi azaltma bölgələrindən İdlibdə mülki yaşayış məntəqələrinə edilən hava hücumlarında 12 dinc vətəndaş həyatını itirib.

877725
İdlibin bombardmanı davam edir

Suriyada müxalifətin nəzarətindəki gərginliyi azaltma bölgələrindən İdlibdə mülki yaşayış məntəqələrinə edilən hava hücumlarında 12 dinc vətəndaş həyatını itirib.

“Ağ dəbilqəlilər”in verdiyi məlumata görə, müxalifət və rejim əleyhinə hərbi qrupların nəzarətindəki İdlib vilayətinin Temaniyə və Bidama bölgəsi ilə Sırman, Muşeyrife, Sıkeykat, Babuliyn, Xan əs Subul, Darussəlam, Maar Şurin kəndləri xeyli sayda hava və qurudan hücumun hədəfi olub.

İdlib Mülki Müdafiə Mərkəzi müdiri Mustafa Hac Yusif hava hücumu nəticəsində 12 nəfərin həyatını itirdiyini bildirib.

Ölü və yaralı sayının artacağından narahat olduqlarını qeyd edən Yusif mülki müdafiə dəstələrinin axtarış-xilasetmə fəaliyyətlərini davam etdirdiklərini ifadə edib.



Әlaqәli Xәbәrlәr