Kərkükdə bombalı hücum nəticəsində iki əsgər öldü

İraqın Kərkük şəhərində terror təşkilatı DEAŞ tərəfindən yola yerləşdirilən bombanın partlaması nəticəsində iki əsgər həyatını itirdi, 2 əsgər isə yaralandı.

876534

Kərkükdə Əməliyyatlar komandiri general Əli Fəzil Umran Kərkükün cənub hissəsində yerləşən Geyda kəndi yaxınlığında, DEAŞ terrorçularının yola yerləşdirdikləri bombanın partlaması nəticəsində biri zabit iki əsgərin öldüyünü, partlayışdan sonra terrorçularla əsgərlər arasında yaranan toqquşmada isə iki əsgərin yaralandığını, terrorçuların dağlıq əraziya qaçdığını bildirib. 

Umran bölgədə hücum edənlərin yaxalanması üçün genişmiqyaslı əməliyyatın başlandığını söyləyib. 

Әlaqәli Xәbәrlәr