Suriya Milli Dialoq Konqresinin keçiriləcəyi tarix açıqlanıb

Qazaxıstanın Astana şәhәrindә keçirilәn  Suriya üzrə danışıqların 8-ci mərhələsindә Türkiyә,  Rusiya vә  İran Suriyanın  minalardan təmizlənməsi və məhbusların sərbəst buraxılması  ilə bağlı sənəd qəbul edib.

874076

Bu barədə zamin ölkələrin bəyanatında deyilir.

Bəyanat  Astanada Suriya üzrə danışıqların 8-ci mərhələsinin yekununda  oxunub.

Türkiyə, Rusiya və İran heyətləri  Rusiyanın təşəbbüsü ilə Soçidə keçiriləcək Milli Dialoq Konqresinin  tarixini də müəyyənləşdirib.

Konqresin 2018-ci il 29-30 yanvar tarixlərində keçirilməsi məsələsində razılıq əldə olunub.

Әlaqәli Xәbәrlәr