Afinada  məhkəmə  binasına hücum təşkil edilib

Yunanıstanın  paytaxtı  Afinada Apelyasiya Məhkəməsina bombalı hücum təşkil edilib.

873653
Afinada  məhkəmə  binasına hücum təşkil edilib

Yunanıstan  mətbuatına görə  bomba  məhkəmə  binasının  qarşısında partladılıb. Nəticədə  binada  və  ətrafda  ciddi  fəsad  əmələ  gəlib.

Bina mühafizəçisinin  məlumata görə, səhər saat 3.30-da  motosikletdə iki nəfər binaya yaxınlaşaraq, çanta atıb uzaqlaşıblar.  Bundan öncə isə yerli xəbər saytlarından birinə naməlum şəxs zəng edərək Apelyasiya Məhkəməsi binasına bomba qoyulması barədə xəbər verib.  Bombalı  hücum nəticəsində xasarət alan olmayıb. Partlayış güclü olduğundan binada bütün şüşələr sınıb.

Hadisədən  sonra  bölgəyə  cəlb  olunan  polis araşdırma başladıb. Hadisəni  törədənlər  axtarılır.  



Әlaqәli Xәbәrlәr