İsrail ordusu Beyt Lahya şəhərinə hücum təşkil edib

İsrail ordusu, Qəzzanın şimal sərhədində yerləşən Beyt Lahya şəhərinə artilleriya qurğularıyla hücum təşkil edib.

866519
İsrail ordusu Beyt Lahya şəhərinə hücum təşkil edib

Təhlükəsizlik mənbələrinin məlumatına görə, Qəzza sərhədində yerləşdirilən İsrail artilleriya qurğularında Beyt Lahya şəhərindəki kənd təsərrüfatı ərazilərinə açılan atəş nəticəsində can itkisi və ya yaralanan olmayıb.

İsrail ordusunun açıqlamasında, hücum zamanı Həmasa məxsus hədəflərin vurulduğu irəli sürülüb.

Yedioth Ahronoth qəzetinin xəbərində isə İsrailin hava müdafiə sistemi Demir Kubbənin Qəzzadan atılan raketi havada zərərsizləşdirdiyini bildirib.



Әlaqәli Xәbәrlәr