“DEAŞ təhdid kimi mövcudluğunu hələ də davam etdirir”

BMT-nin İraq üzrə xüsusi  nümayəndəsi Jan Kubis terror təşkilatı DEAŞ qarşısında hərbi zəfər qazanılmasına baxmayaraq, təşkilatın hələ də təhdid kimi mövcudluğunu davam etdirdiyini söylədi.

853163

Kubis BMT Təhlükəsiz Şurasında  DEAŞ-ın İraqda məğlub olması və ölkədəki proseslə əlaqəli olaraq üzv ölkələri məlumatlandırıb.

Terror təşkilatı DEAŞ-ın 2014-cü ildən bəridir İraq və Suriyada nəzarət etdiyi torpaqların 95 faizini  itirdiyini bildirən Kubis 7,5 milyon  nəfərin də təşkilatın  məğlub olması ilə azadlığına qovuşduğunu söyləyib.

Bu prosesdə minlərlə nəfərin öldüyünü və yaralandığını ifadə edən Kubis yüz minlərlə uşağın terrorçu kimi böyüdüldüyünü və onların təlimdən məhrum olduqlarını, 6 milyon adamın isə ev-eşiyindən edildiyini vurğulayıb.

“DEAŞ minlərlə müsəlman və azlıq qruplara qarşı hərbi cinayət işləyir və bu qruplar soyqırıma məruz qalırlar. DEAŞ-a qarşı zəfər qazanılmasına baxmayaraq, İraqda, bölgədə, Avropa və başqa yerlərdə terror təhdidi davam edir”-deyə Kubis qeyd edib.

Әlaqәli Xәbәrlәr