"Rusiyanın dəstəyinə arxalanırıq", B.Əsəd

Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bəşər Əsəd Rusiyanın Soçi şəhərində bir araya gəlib.

851469
"Rusiyanın dəstəyinə arxalanırıq", B.Əsəd

   Kremldən verilən yazılı açıqlamada bildirilir: “Putin – Əsəd görüşündə Suriyadakı müharibənin sona yaxınlaşması, artıq yeni siyasi mərhələnin açılması lazım olduğu danışılıb. Rusiya lideri Suriyada siyasi prosesin əsas xətlərinin müəyyən edilməsilə bağlı deyib: “Suriya Milli Dialoq Konqresi ilə bağlı fikirləriniz maraqlıdır. Birləşmiş Millətlər Təşkilatı himayəsi altında aparılacaq siyasi prosesdə sizin fikirləriniz əhəmiyyət daşıyır".

  B.Əsəd də Suriyada siyasi prosesi dəstəkləyən bütün tərəflərlə dialoqa hazır olduğunu bildirərək deyib: “Suriyadakı siyasi proseslərə xarici qüvvələrin daxil olmaması məsələsində Rusiyanın dəstəyinə arxalanırıq".



Әlaqәli Xәbәrlәr