Zəlzələ nəticəsində ölənlərin sayı artmaqda davam edir

İranda zəlzələ nəticəsində həlak olanların sayı 400-ü ötüb. 2 min 500 nəfər xəsarət alıb.

845919
Zəlzələ nəticəsində ölənlərin sayı artmaqda davam edir

İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kərmanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 10-dan çox təkrar yeraltı təkanlar qeydə alınıb.

Zəlzələ nəticəsində ilkin məlumatlara görə Süleymaniyədə 7 nəfər həyatını itirib. İranda isə 400 nəfər həlak olub, iki min 500 nəfər xəsarət alıb.

Süleymaniyə şəhərinin Derbendihan qəsəbəsində rəsmilərin verdiyi açıqlamaya əsasən, Derbedihanda 4 nəfər, Kelar qəsəbəsində isə 2 nəfər həyatını itirib.

İraq Kürd Regional İdarə (İKRR) Süleymaniyə Vilayətinin müdiri Mirhan Məhəmməd zəlzələ nəticəsində Derbəndihan qəsəbəsində ilkin məlumatlara görə 50 nəfərin yaralandığını qeyd edib.

Zəlzələdən sonra Süleymaniyyədəki Derbəndihanda yerləşən su anbarına yaxın yaşayış məntəqələrinin təcili bolaşdılması istənib.

İranda isə zəlzələ nəticəsində ölənlərin sayının 400 nəfərə çatdığı bildirilib.  2 min 500 nəfər isə yaralanıb.

“Tesnim” xəbər agentliyinin məlumatına əsasən İran Məclisi millət vəkili Fərhad Təcri gecə saatlarında baş verən zəlzələdən sonra Kasri Şirin, Serpulzihab və Selas Babacanidə 155 nəfərin həlak olduğunu, min 500-dən artıq insanın isə yaralandığını söyləyib.

Dağıntıların altında xeyli sayda insanın olduğu bildirilir.

Kermanşah əyaləti valiliyi zəlzələyə görə əyalətdə 3 gün matəm elan edildiyini açıqlayıb.

Zəlzələ Türkiyənin Cənub-şərq bölgəsində və Azərbaycanda da  hiss edilib.



Әlaqәli Xәbәrlәr