Əsəd rejimi Şərqi Qutada atəşkəs qərarını pozmaqda davam edir!

Suriyada Əsəd rejimi Dəməşqdə mühasirədə olan Şərqi Quta bölgəsindəki Arbin, Sakba, Kəfər Batna, Ayn Terma, Cobar və Harasta bölgələrində havadan və raketlə 20-dən artıq hücum təşkil edib.

843799

Edilən hücum nəticəsində ilkin məlumatlara görə 20 dinc vətəndaş yaralanıb, iki nəfər isə həlak olub.

Rejim qüvvələri  Harasta bölgəsinə dağıdıcı napalm bombası ilə hücum edib.  Hücumlar nəticəsində hadisə mahalında ciddi dağıntılar olub, yanğın baş verib.

Qeyd edək ki, Əsəd rejiminin noyabrın 8-də Şərqi Quta bölgəsindəki Sakba qəsəbəsinə etdiyi hücumlarda 2-si qadın, 2-si uşaq 5 dinc vətəndaş ölmüşdü.

Şərqi Qutada 400 minə yaxın mülki vətəndaş yoxsulluq, aclıq və çətin şərtlərlə qarşı-qarşıyadır.

Rejimin 7 aydır tətbiq etdiyi mühasirəyə görə bölgəyə qaçaq olaraq gətirilən ərzaq və dərmanların girişi dayanıb.

Türkiyə, Rusiya və İranın qəbul etdiyi Astana sazişi çərçivəsində Şərqi Quta gərginliyin azaldılacağı bölgələrə daxil edilmişdi. Bölgədə iyulun 22-də tətbiq edilməyə başlanan atəşkəs qərarını Əsəd rejimi fasilələrlə pozur.

Әlaqәli Xәbәrlәr