“Dövlət başçısı Ərdoğan və Türkiyə əsgərinə çox təşəkkür edirik”

Noyabr ayının ilk həftəsində İdlib şəhərinə qayıdanların sayı 900-ü keçdi.

844193
“Dövlət başçısı Ərdoğan və Türkiyə əsgərinə çox təşəkkür edirik”

  Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın İdlib şəhərində gərginliyin azaldılacağı bölgədə yerləşdirilməsi prosesi davam edərkən, şəhərin sərhəd qonşusu olan Türkiyənin Hatay şəhərində yaşayan idliblilərdən ölkələrinə qayıdanlar olur.

  Hatay rayonunun Yayladağı və Reyhanlı qəsəbəsindən giriş fəaliyyətlərinin başlandığı oktyabr ayında 3 min 700 nəfər ölkəsinə qayıtdı. Bu rəqəm noyabr ayının ilk həftəsində isə 900- ü ötdü.

  Yanlarında götürdükləri bir neçə əşya ilə Hataydakı geri göndərmə mərkəzlərinə gələn suriyalılar orda keçirilən yoxlamadan sonra ölkələrinə gedirlər.  

  İdlibə bağlı bir kəndən 3,5 il əvvəl Türkiyəyə gələn 55 yaşındakı Məhəmməd Keyha burada öz imkanları ilə kirayə götürdükləri evdə yaşadıqlarını söyləyib.

  Münaqişəsiz bölgə sazişi və Türk əsgərinin İdlibə getməsilə əlaqəli addımları yaxından təqib etdiyini bildirən Keyha deyib ki, müsbət addımlar nəticəsində 2 uşağım və yoldaşımla ölkəmə qayıtma qərarına gəldim. Ümid edirəm ki, Türk əsgəri orda uğurlu olar. Biz Türkiyəni hər zaman ikinci vətən kimi görəcəyik.

Suriyanın İdlib şəhər mərkəzindən gələn 27 yaşındakı Əhməd Mustafa Cəmil də 2 ildir Türkiyədə yaşadığını söyləyib.

Türk əsgərinin İdlibə getməsinə çox səvindiklərini deyən Cəmil bildirib ki, Türk əsgəri orada təhlükəsizliyi təmin edir. Mən də həmin səbəbdən ölkəmə qayıdıram. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türk əsgərinə çox təşəkkür edirik.



Әlaqәli Xәbәrlәr